Rusiyanın 6 vilayətində 52 Ukrayna PUA sı vurulub

14.04.2025

Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

Ötən gecə Rusiya hava hücumundan müdafiə sistemləri Rusiyanın vilayətləri üzərində, əksəriyyəti Bryansk vilayəti üzərində olmaqla 52 Ukrayna pilotsuz təyyarəsini məhv edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Ötən gecə növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynanın təyyarə tipli 52 pilotsuz uçuş aparatını ələ keçirib və məhv edib. Bryansk vilayətinin ərazisi üzərində 33 PUA, Oryol vilayətinin ərazisi üzərində 10, Kursk və Tula vilayətlərinin əraziləri üzərində 3 PUA məhv edilib", - deyə bildirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью