Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
ABŞ Rusiyanın yeni səfiri Aleksandr Darçiyevin təyinatına razılıq verib.
525/az “Report” a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Yaxın vaxtlarda onun Vaşinqtona getməsi gözlənilir.
Qeyd edək ki, o, 2021-ci ilin yanvarından Rusiya Xarici İşlər Nazirliyinin Şimali Amerika Departamentinin direktoru vəzifəsində çalışırdı.