Rusiyanın ABŞ ilə diplomatik əlaqələri barəsində qərar veriləcək

07.11.2024

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, RF XİN rəhbəri Sergey Lavrov tezliklə ABŞ-a yeni səfir təyin ediləcəyini bildirib.
Lavrov mətbuat konfransındakı çıxışında bildirib ki, Rusiyanın Vaşinqtondakı yeni səfirinin namizədliyi təsdiqlənmə mərhələsindədir. Tezliklə qərar bəyan ediləcək. 
Lavrov deyib: "Mənim fikrimcə, ABŞ-da rəhbərliyə gəlmiş Respublikaçıların administrasiyası da yeni səfirin təyin edilməsində maraqlı olacaqlar".
Hazırda ABŞ-ın Moskvadakı səfirliyinə Linn Treysi rəhbərlik edir.
Bir müddət əvvəl RF Prezidenti V.Putin Anatoli Antonovu Rusiyanın ABŞ-dakı səfiri vəzifəsindən azad edib. Oktyabrın 6-da diplomat Moskvaya qayıdıb.
RF Prezidentinin mətbuat katibi Dmitri Peskov mediaya açıqlamasında yeni səfirin namizədliyinin kimin ABŞ Prezidenti seçiləcəyindən asılı olacağını bildirmişdi.
Hürr Tərcüman
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью