Rusiyanın ABŞ qorxusu: Səfirliyi bağladılar

20.11.2024

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

ABŞ-nin Kiyevdəki səfirliyinin bağlandığı açıqlanıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Kiyevdəki səfirliyi məlumat yayıb.

Səfirlikdən bildirilib ki, Rusiya bu gün Ukraynaya böyük hava hücumu həyata keçirə bilər.
“Hazırlıq üçün səfirlik bu gün bağlanacaq. Səfirlik əməkdaşlarına yerində qalmaları tapşırılıb. ABŞ səfirliyi ABŞ vətəndaşlarına hava hücumu xəbərdarlığı zamanı dərhal sığınacaqlara getməyə hazır olmağı tövsiyə edir”- məlumatda deyilir.

Qeyd edək ki, Ukrayna müharibənin mininci günündə ilk dəfə ABŞ istehsalı olan uzaqmənzilli ATACMS raketləri ilə Rusiya ərazisinə hücum edib. Bu xəbərdarlıq da hücumdan bir gün sonra edilib.

Billurə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью