Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Dondurulmuş aktivlər ukraynalıları daha bir neçə il güllə kimi xərcləməyə bəs edər”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Moskva. Kreml.
Putin” verilişinin aparıcısı Pavel Zarubinə müsahibəsində bildirib.
Peskov əlavə edib ki, Rusiyanın aktivlərinin müsadirəsi baş verəcəyi təqdirdə buna görə həm ayrı-ayrı şəxslər, həm də bütövlükdə dövlətlər məsuliyyət daşımalı olacaq.
Avropa Komissiyası dekabrın 3-də Ukraynanın 2026–2027-ci illərdə maliyyələşdirilməsi ilə bağlı iki variant irəli sürüb.
Variantlardan biri dondurulmuş Rusiya aktivlərinin zorla müsadirə edilərək Kiyevin dəstəklənməsinə yönəldilməsini nəzərdə tutur.
“Politico” nəşrinin məlumatına görə, AK Ukraynaya yardım üçün 165 milyard avronun müsadirəsini təklif edir.