Rusiyanın Almaniyadakı dondurulmuş aktivlərinin həcmi açıqlanıb

14.12.2024

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Almaniya hakimiyyəti Aİ-nin sanksiyaları çərçivəsində Rusiyanın təxminən 3,5 milyard avro dəyərində aktivlərini dondurub.

APA xəbər verir ki, bu barədə “TASS”a Almaniya Maliyyə Nazirliyinin nümayəndəsi məlumat verib.

2023-cü il dekabrın sonunda Almaniya Maliyyə Nazirliyinin nümayəndəsi bildirmişdi ki, ölkə hakimiyyəti həmin ayın əvvəlinə Aİ sanksiyaları rejimi altında Rusiyanın təxminən 4,1 milyard avro dəyərində aktivlərini dondurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью