Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Rusiyanın Bryansk şəhərində elektron savaş sistemlərinin modernləşdirilməsi ilə məşğul olan aparıcı rus konstruktoru Yevgeni Ritikov öldürülüb.
“AzPolitika” xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Ukrayna güc strukturlarındakı mənbələrə istinadla məlumat yayıb.
Nəşr qeyd edib ki, Ritikov aprelin 17-dən 18-nə keçən gecə öldürülüb. Həmin gecə onun avtomobili özü içərisində olarkən partladılıb.
Ritikov Bryansk Elektromexanika Zavodunun konstruktor bürosunun rəhbəri olub. Bu müəssisə Rusiya ordusu üçün ən son elektron savaş sistemlərinin yaradılması ilə məşğuldur.
“AzPolitika.info”