Rusiyanın atdığı raket müğənninin evini dağıtdı

23.06.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

İyunun 23-də Kiyevdə Rusiyanın raketlə gecə hücumu nəticəsində ukraynalı müğənnilər Taras və Yelena Topolinin mənzili dağıdılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb. 

"Antitela" qrupunun solisti bildirib ki, mənzil tamamilə yararsız hala düşüb: "İçəridəki hər şey dağıdılıb, partlayış zirehli qapıları qıfıllarından qoparıb. Divarlar qalıb, hətta onlar da qismən dağılıb". 

Müğənni əlavə edib ki, hücumda xəsarət alan olmayıb. 

Ağarza Elçinoğlu 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью