Rusiyanın atdığı raketlərin çoxu İrana məxsusdur Zelenski

24.05.2025

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Ötən gecə Ukraynaya Rusiya tərəfindən hava hücumu ilə bağlı çoxsaylı yanğın və partlayışlar nəticəsində yaşayış binaları, avtomobillər, eləcə də bir sıra müəssisələr sıradan çıxıb.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O, eyni zamanda, çoxsaylı yanğın və partlayışlar nəticəsində yaralıların olduğunu, hadisə yerində fövqəladə xidmətlərin əməkdaşlarının işlədiyini açıqlayıb:

“Odessa, Vinnitsa, Sumı, Xarkov, Donetsk, Kiyev, Dnepr vilayətlərinə hücumlar ümumilikdə 250 zərbə dronu vasitəsilə həyata keçirilib. Çoxsaylı yanğın və partlayışlar nəticəsində yaşayış binaları, avtomobillər, eləcə də bir sıra müəssisələr sıradan çıxıb. Təəssüf ki, ölənlər və xeyli sayda yaralı var. Ümumilikdə 14 ballistik raket atılıb və onların çoxu İrana məxsus “Şahid” raketləri olub”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью