Rusiyanın atdığı “Şahid” PUA sı evə düşdü: ölənlər var

11.02.2026

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya ordusunun Ukraynanın Xarkov vilayətinə atdığı "Şahid" PUA-sı Boqoduxov şəhərində şəxsi evə düşüb.

Axar.az xəbər verir ki, bu barədə Xarkov Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov Teleqram kanalında paylaşım edib.

O qeyd edib ki, dağıntılar altından 3 azyaşlı ilə birlikdə 34 yaşlı kişinin meyiti də çıxarılıb.

Hadisə nəticəsində bir neçə nəfərin də xəsarət aldığı bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью