Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya 2024-cü ildə Avropaya boru kəməri qaz tədarükünü əvvəlki illə müqayisədə 14% artıraraq 32,1 milyard kubmetrə çatdırıb.
Sfera.az bu barədə Rusiyanın “Qazprom”a və Avropa Qaz Ötürmə Sistemləri Operatorları Şəbəkəsinin (ENTSOG) məlumatlarına əsasən xəbər verir.
Belə ki, 2023-cü ildə Rusiya boru kəməri ilə Avropaya qaz tədarükü təxminən 28,15 milyard kubmetr təşkil edib.
Xüsusilə, Ukrayna vasitəsilə Qərbi və Mərkəzi Avropa ölkələrinə qaz nəqli 2024-cü ildə 15,4 milyard kubmetr təşkil edib ki, bu da əvvəlki illə müqayisədə altı faiz çoxdur.
“Türk axını” boru kəməri ilə cənub və cənub-şərqi Avropa ölkələrinə qaz nəqli 2024-cü ildə 23% artaraq 16,7 milyard kubmetrə çatıb.
Təkcə 2024-cü ilin dekabrında bu marşrutla Rusiya qazının Avropaya ixracı noyabr ayı ilə müqayisədə 3 faiz artıb.
Bundan əlavə, Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun məlumatına görə, 2024-cü ildə Rusiya boru kəməri ilə ölkəyə qaz tədarükü təqribən 20 milyard kubmetrə çata bilər.