Rusiyanın Avstraliyadakı konsulluğuna hücum olub

01.09.2025

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Avstraliyanın Sidney şəhərində bir kişi avtomobilini Rusiya konsulluğunun qapısına vurub.

Sürücünün həbsi zamanı bir polis əməkdaşı yaralanıb.

Məlumata görə, yerli vaxtla səhər saat səkkiz radələrində avtomobil binanın yaxınlığında dayanıb, bundan sonra polis sürücü ilə danışmağa çalışıb. Bu zaman o, maşını düz darvazalara vurub.

Sükan arxasında olan şəxs saxlanılıb. Onun 39 yaşı var, əməlinin səbəbləri hələlik açıqlanmayıb.

Polis əməkdaşlarından biri əlindən xəsarət alıb.

\musavat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью