Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
...Vergi Xidməti, Volgabus zavodunun sahibi “Bakulin Motors Group” (BMG) şirkətinin müflis elan edilməsini tələb edib.
SİA xəbər verir ki, bu barədə Prime məhkəmə sənədlərinə istinadən məlumat verir.
Ərizə Saratov vilayəti üzrə Federal Vergi Xidməti Müfəttişliyi tərəfindən təqdim edilib.
BMG-yə qarşı icra icraatının məbləği 530 milyon rublu keçib. Bu məbləğin 241 milyon rublu vergi borcudur.
Təhlükəsizlik tədbirləri kuzov sexi, qazanxana, nəzarət məntəqəsi, tibb mərkəzi, dayanacaq və bir neçə nəqliyyat vasitəsinə tətbiq edilib.
Müvəqqəti inzibatçı təyin edilib. Mash-ın məlumatına görə, şirkət ən azı altı aydır ki, vergilərini və məcburi ödənişlərini tam şəkildə ödəmir və zavod əmək haqqını iki həftədir ki, gecikdirir.
Vladimir vilayəti hökumətindəki mənbə zavodun çətin vəziyyətdə olduğunu təsdiqləyib. O, səbəb kimi səmərəsiz idarəetməni göstərib.
Gəlir təxminən yarıya qədər azalıb…
BMG-nin gəliri son iki ildə təxminən yarıya qədər azalıb, 2023-cü ildəki 7,2 milyard rubldan 2025-ci ildə 3,7 milyard rubla düşüb.
Şirkət ötən ili 369 milyon rubl xalis zərərlə başa vurub. Kreditor borcları 4,4 milyard rublu keçib.
Volgabus-un Vladimir və Volqoqrad vilayətlərindəki zavodları ildə 3000-ə qədər avtobus istehsal etmək üçün nəzərdə tutulub.
Şirkət Rusiyanın böyük sinif avtobus bazarının 17 faizinə sahib olduğunu təxmin edir.
Volgabus şəhər, şəhərətrafı və turist avtobusları istehsal edir. Vladimir zavodunda həmçinin Çin Yutong avtobusları yığılır.
Əli Babayev