Rusiyanın axtardığı azərbaycanlı “qanuni oğru” Türkiyədə saxlanıldı

23.09.2026

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilən Azərbaycan vətəndaşı saxlanılıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, Muğla polisi axtarışda olan şəxslərə qarşı əməliyyat keçirib.
Yayılan məlumatda bildirilir ki, əməliyyat zamanı Rusiya hakimiyyət orqanları tərəfindən “Thieves in Law” (“Qanuni oğru”) cinayətkar qruplaşmasının üzvü və “Caniyev” cinayətkar təşkilatı ilə əlaqəli olduğu müəyyən edilən, barəsində G-26 məhdudiyyət kodu olan Azərbaycan vətəndaşı E.A. bu gün Marmarisdə polis əməkdaşları tərəfindən saxlanılıb.
Bildirilib ki, E.A.-nın polis idarəsindəki istintaq və digər prosedur işləri davam edir.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью