Rusiyanın baş kəşfiyyatçısından Əsəsdlə bağlı açıqlama

15.12.2024

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Suriyanın keçmiş prezidenti Bəşər Əsədə dövlət mühafizəsinin verilməsi ilə bağlı məlumatı təsdiqləməyib.

Metbuat.az xəbər verir ki, o, TASS-ın bu barədə sualını cavablandırarkən “Bilmirəm” deməklə kifayətlənib.

O, Əsədin mühafizəsinin etibarlı mühafizə olunub-olunmaması barədə sualın ona aid olmadığını deyib.

“Bu, mənə aid olan sual deyil”, - Sergey Narışkin bildirib.

Xatırladaq ki, dekabrın 8-də Suriyada müxalif qüvvələr hakimiyyəti ələ keçirdiklərini və Bəşər Əsədin ölkəni tərk etdiyini açıqlayıblar. Daha sonra Bəşər Əsəd və ailəsinin Rusiyadan siyasi sığınacaq aldığı məlum olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью