Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Rusiyanın Baş naziri Mixail Mişustin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün 19-20 oktyabr tarixlərində Düşənbəyə səfər edəcək.
Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti bəyanat yayıb.
Bəyanata görə, hökumət başçıları assosiasiyanın yaradılmasının 25-ci ildönümü kontekstində ticarət, iqtisadi, mədəni və humanitar əməkdaşlığın inkişafı ilə bağlı məsələləri nəzərdən keçirəcəklər.
Bundan başqa, Bişkekdə üzv dövlətlərin liderlərinin görüşündə əldə edilən razılaşmaların həyata keçirilməsi, eləcə də ŞƏT-in 2035-ci ilə qədər İnkişaf Strategiyasının həyata keçirilməsi məsələləri əsas mövzular olacaq.
Planlara həmçinin multimodal yerüstü yük daşımalarının idarə olunması üçün vahid rəqəmsal platformanın yaradılması konsepsiyasının qəbul edilməs, ŞƏT üzv dövlətləri arasında beynəlxalq dəmir yolu nəqliyyatının yüksək keyfiyyətli və davamlı inkişafını təşviq etmək təşəbbüsünün təsdiqlənməsi daxildir.
Gülşən Şərif