Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq. “Rusiya son günlərdə daha çox kommunikasiyaların açılmasından danışır.
Zənnimcə, kommunikasiyalar açılsa, sərhədlərin delimitasiya və demarkasiyası başlasa, bundan sonra sülhyaratma prosesi müəyyən qədər sürətlənə bilər.
Artıq müharibə bitib, hər müharibə də sülhlə sona çatır. Ermənilərin içində də canları boğazlarına yığılanlar az deyil, onlar da istəməzlər
Hər halda nə qədər ləng də olsa, onlarda ayılma prosesi gedir”. Politoloq Qabil Hüseynlinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Kremlin söçzüsü Dmitri Peskov bildirdi ki, Ermənistan-Azərbaycan sərhədlərindəki qarşıdurmaların dayandırılmasının yeganə zəmanəti üçtərəfli anlaşmanın həyata keçirilməsidir.
Onun bu xəbərdarlığı kimə ünvanlanıb və ya həqiqətənmi bu anlaşma yerinə yetirilsə, düşmən təxribatları dayandıracaq?
- Üçtərəfli bəyanatın müddəalarından biri Qarabağın dağlıq hissəsindəki erməni qanunsuz silahlı qüvvələrinin çıxarılması idi.
Əvvəllər saylarının 11 min nəfər olduğu deyilirdi, indi isə bu rəqəmin 15 min nəfərə çatdığı haqda iddia dolaşır.