Rusiyanın beş hava limanı uçuş xidmətlərini dayandırıb: Təyyarələrin giriş çıxışı mümkün deyil

10.06.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyada İjevsk və Kirov şəhərlərinin hava limanları fəaliyyətini dayandırıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Rosaviasiya" şirkətindən məlumat verilib.

"Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün İjevsk və Kirov hava limanlarında uçuşların qəbulu və çıxışına müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - deyə məlumatda bildirilib.

Agentlik, həmçinin Saratov hava limanında işlərin bərpa olunduğunu qeyd edib.

Qeyd edək ki, İjevsk və Kirov hava limanları ilə yanaşı, Sankt-Peterburqun Pulkovo, Nijnekamsk və Kazan hava limanlarında məhdudiyyətlər qüvvədədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью