Rusiyanın beynəlxalq ehtiyatları yeni rekord həddə yüksəlib

03.10.2025

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiyanın beynəlxalq ehtiyatları 26 sentyabr 2025-ci il tarixinə 713,3 milyard dollar təşkil edərək yeni rekorda imza atıb.

Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.

Tənzimləyicinin məlumatına görə, həftə ərzində Rusiyanın beynəlxalq ehtiyatları 0,7 milyard dollar və ya 0,1% artıb. Artım ilk növbədə müsbət yenidən qiymətləndirmə hesabına baş verib.

Sentyabrın 19-da Rusiyanın beynəlxalq ehtiyatları 712,6 milyard dollar təşkil edib.

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью