Rusiyanın bir gündə 6 bombardmançısı məhv edildi

15.10.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna ordusunun Hərbi Dəniz Qüvvələri Rusiyanın 6 ədəd Su-34M qırıcı-bombardmançısını məhv edib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrindən məlumat verilib.

Məlumata görə, oktyabrın 15-də Ukrayna Hərbi Dəniz Qüvvələri “Neptun” sahil raket kompleksi vasitəsilə Rusiyanın Voronej vilayətindəki Borisoqlebsk hərbi aerodromuna zərbə endirib:

“Zərbə nəticəsində altı ədəd Su-34M bombardmançı təyyarəsi vurulub. Həmçinin aviasiya təminat vasitələri məhv edilib, aerodromda isə partlayışlar və yanğın qeydə alınıb”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью