Rusiyanın bir sıra regionlarında rabitə kəsilib

10.06.2025

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiyada mobil operatorların işində kütləvi fasilələr qeydə alınıb.

BAKU.WS Rusiya KİV-ə istinadən xəbər verir ki, problemləri ən çox Sankt-Peterburq, Saratov və Vladimir vilayətlərinin sakinləri hiss edirlər.

Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bu gün səhər saatlarında Ukrayna mənşəli pilotsuz təyyarələrin hücumu ilə əlaqədar mobil rabitə və internetə məhdudiyyətlərin tətbiq ediləcəyini açıqlayıb.

Daha sonra rəsmi əhaliyə hava hücumundan müdafiə sisteminin Tosnenski rayonu üzərində bir PUA-nı məhv etdiyini bildirib. Görülən tədbirlərə baxmayaraq, mobil rabitənin işində fasilələr davam edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью