Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Prinsip etibarilə Qərb ölkələri Ukraynaya silah təchizatını, rəsmi Kiyev isə səfərbərlik üzrə orduya çağırışı dayandırmalıdır.
APA RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın BMT yanında daimi nümayəndəsi Vasili Nebenzya deyib.
Rusiya rəsmisi ölkəsinin atəşkəsə hazır olduğunu və Kiyevin adekvat addımlar atacağı təqdirdə, buna razılıq verəcəklərini açıqlayıb.
O əlavə edib ki, Rusiya üçün münaqişənin köklü səbəblərinin birdəfəlik həlli prinsipial dərəcədə vacibdir.
Daimi nümayəndə Rusiyanın Ukraynadakı hərbi əməliyyatların nə qədər lazımdırsa, davam etdirməyə və genişləndirməyə hazır olduğunu da vurğulayıb.