Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Rusiyanın Sverdlovsk vilayətində baş verən tornadodan sonra təcili tibbi yardıma müraciət edənlərin sayı artıb.
BAKU.WS "RİA Novosti"yə istinadən xəbər verir ki, Kuşvada yaşanan tornadodan sonra yaralıların sayı 15-ə çatıb.
Kuşvada baş verən tornadodan sonra 15 nəfərin tibbi yardım üçün müraciət etdiyini açıqlayıb .
"Xəsarət alanlardan biri Nijni Tagildə xəstəxanaya yerləşdirilib, qalanlarına isə yerində tibbi yardım göstərilib", - deyə Kuşva regional informasiya şöbəsi bildirib.
O da qeyd edilib ki, xeyli briqda elektrik enerjisinin bərpası üzərində işləyir və komanda gücləndiriləcək.
Xatırladaq ki, daha əvvəl Sverdlovsk vilayətində güclü tornadonun evlərə ziyan vurduğu və sakinləri elektriksiz qoyduğu bildirilmişdi.