Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır. Rusiyanın Milli Rifah Fondundakı ehtiyatları 2024-cü ilin dekabrında əvvəlki ayla
Sfera.az xəbər verir ki, bununla bağlı məlumat Rusiya Maliyyə Nazirliyinin bəyanatında əksini tapıb.
Açıqlamada qeyd olunub ki, ehtiyatların ÜDM-yə nisbəti 6,2 faiz təşkil edib.
Ölkənin Milli Rifah Fondu rubl, qızıl və yuandakı aktivlərə malikdir.
Rusiya 2021-ci ilin iyulunda Milli Rifah Fondundakı dollar ehtiyatlarını, 2022-ci ildə sterlinq və yen, 2024-cü ilin yanvarında isə avro ehtiyatlarını sıfıra endirib.
Qeyd edək ki, Rusiyanın Milli Rifah Fondu neft və təbii qaz ixracından əldə edilən əlavə gəlirlərin toplandığı fonddur və 2008-ci ildə yaradılıb.
Fondun vəsaitləri büdcə kəsirinin bağlanılması məqsədilə də istifadə edilir.
Rusiya-Ukrayna müharibəsi başlayandan sonra fondda vəsaitlər azalır. 2021-ci ildə fondun vəsaitləri 183,3 milyard dollar idi.