Axar.az saytına istinadən Icma.az xəbər verir.
Ukrayna ordusu Rusiyanın Novoşaxtinsk şəhərindəki neft məhsulları zavoduna PUA zərbələri endirib.
Axar.az xəbər verir ki, bu barədə ASTRA Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, zərbələr nəticəsində zavodun ərazisində güclü yanğınlar başlayıb.
Müəssisənin ərazisindəki yanacaq çənlərinin partladığı bildirilir.
Bundan başqa, Ukrayna ordusu Tatarıstandakı “Kaleykino” neft-nəqletmə stansiyasına da zərbələr endirib.
Rusiya Teleqram kanalları Perm vilayətindəki neft emalı zavodunun da hücuma məruz qaldığı barədə məlumat yayıb.