Rusiyanın bu şəhəri hədəfdə: Hazır olun! mesajı verildi | Icma.az
GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Rusiyanın hibrid müharibəsinə cavab olaraq NATO ölkələri Kalininqraddakı hədəfləri məhv etməyə hazırlaşmalıdırlar”.
Globalinfo.az xəbər verir ki, bunu NATO-nun Avropadakı keçmiş komandanı admiral Ceyms Stavridis deyib.
O hesab edir ki, NATO Fransa, İtaliya, İspaniya, ABŞ və Kanada donanmaları kimi müttəfiqləri cəlb etməklə dəniz patrullarını ikiqat artırmalıdır.
“Şimali Atlantika Alyansı birbaşa hərbi əməliyyatlar baş verəcəyi təqdirdə Kalininqraddakı hədəfləri məhv etmək üçün hazırlıqlarını da gücləndirməlidir”, – komandan vurğulayıb.
Stavridis iddialarını dəstəkləmək üçün heç bir sübut təqdim etməyib.
Əliyar Xəlil Globalinfo.az Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu