Rusiyanın bu şəhəri parad keçirməkdən imtina etdi

24.04.2025

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Mayın 9-na planlaşdırılan Qələbə Paradı təhlükəsizlik səbəbindən Krasnodarda keçirilməyəcək.

Bakupost.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev məlumat verib.

"Çünki bu, böyük riskdir - demək olar ki, hər gecə hava hücumu xəbərdarlığı var. Təbii ki, biz Krasnodar sakinlərini, parada gələcək iştirakçıların həyattını riskə ata bilmərik", - region rəhbəri bildirib.

Kondratyev həmçinin bildirib ki, “Ölümsüz alay” aksiyası bu il onlayn rejimdə keçiriləcək. Onlar veteranları konsert proqramı ilə təbrik etməyi planlaşdırırlar.

Zaur,BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью