Rusiyanın bu şəhərində benzin tapılmır

11.09.2026

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Məlum olduğu kimi, Ukrayna dronlarının kütləvi hücumlarından dolayı Rusiyanın iri şəhərlərində yanacaq qıtlığı yaşanmaqdadır.

Axar.az xəbər verir ki, artıq Sankt-Peterburq şəhərində də ciddi yanacaq çatışmazlığı hiss olunur.

Belə ki, yanacaqdoldurma məntəqələrində (YDM) artıq uzun növbələr yaranıb.

Təhlillərə görə, 3-9 sentyabr tarixlərində benzinlə bağlı vəziyyətin pisləşməsinə görə, Peterburq Rusiyanın iri şəhərləri arasında anti-lider olub.

Dronların ölkədə ikinci ən böyük neft emalı zavodu -“Kinef”ə hücum etməsindən bir neçə gün sonra yanacaqdoldurma məntəqələrindən yanacaq yoxa çıxmağa başlayıb.

İldə 2 milyon ton benzin və 7 milyon ton dizel yanacağı istehsal edən neft emalı zavodunun hər iki qurğusuna ziyan dəyib və 30 avqustda istehsal tamamən dayanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью