Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın Xantı-Mansi şəhərində 1-8-ci sinif şagirdlərinin distant təhsili uzadılıb. Kəskin respirator virus infeksiyalarının yayılmasının artması səbəbindən onlar 25 fevrala qədər onlayn rejimdə dərslərə davam edəcəklər.
BAKU.WS xəbər verir ki, bu barədə "ura.ru" portalı məlumat yayıb.
Uşaqlar arasında virusa yoluxma hallarının artması səbəbindən 9-11-ci sinif şagirdləri də bir həftəlik distant təhsilə göndərilib.
Şəhər meri də bu qərarın qüvvədə olduğunu təsdiqləyib.
Qeyd edək ki, Neftekamsk şəhərində də bütün məktəblər qrip səbəbindən distant təhsilə keçib. Şagirdlərin 21 fevrala qədər onlayn dərslərə davam edəcəyi bildirilib.