Rusiyanın bu silahı NATO da təşviş yaratdı

17.11.2025

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiyanın oktyabrın 21-də sınaqdan keçirilən "Burevestnik" qitələrarası qanadlı raketi NATO-da ciddi narahatlıq yaradır.

Axar.az xəbər verir ki, bu barədə “Avronyus” alyansın məxfi sənədinə istinadən məlumat yayıb.

"Mövcud problemlər raketi həddindən artıq uzaq məsafəsi və manevr qabiliyyəti ilə daha da ağırlaşacaq",- məlumatda deyilib.

NATO sənədlərində qeyd olunub ki, bu silah, alyansın müdafiəsi üçün əhəmiyyətli təhlükə yarada bilər:

"Rusiya bu sistemi işə salsa, NATO nəzarəti çox çətin olacaq təhlükə ilə üzləşəcək".

Lakin bütün ekspertlər "Burevestnik"in effektivliyinə əmin deyil. Bəziləri hesab edir ki, Rusiyanın nüvə qurğusu uğurla və stabil işləsə belə, bu raket Rusiyaya ciddi strateji üstünlük verə bilməyəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью