Rusiyanın bu vilayəti işıqsız qaldı

13.07.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kursk vilayətində 50 yaşayış məntəqəsində 9 mindən çox insan işıqsız qalıb.

Axar.az xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Xinşteyn Teleqram kanalında yazıb.

Onun sözlərinə görə, elektrik enerjisinin kəsilməsi son iki gündə rayon ərazisindən keçən qasırğalar səbəbindən baş verib.

Xinşteyn qeyd edib ki, ən çox əziyyət çəkən Lqov və Lqovski rayonunun sakinləridir, burada 2 mindən çox insan ikinci gündür işıqsız qalıb:

"Hazırda əksər evlərə elektrik enerjisinin verilişi bərpa olunub. Əsas ziyan aradan qaldırılıb".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью