Rusiyanın bütün bankları SVİFT dən çıxarılsın Nauseda

08.06.2025

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiyanın bütün bankları SVİFT sistemindən çıxarılmalı, Rusiyanın “kölgə donanması”na daxil olan bütün gəmiləri sanksiya siyahısına daxil edilməli və Rusiyanın dövlət büdcəsini maliyyələşdirən enerji şirkətlərinə, o cümlədən “Şimal axını”, “Rosatom”, “Qazprom” və “Lukoil”a məhdudiyyətlər genişləndirilməlidir.

Axar.az xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda deyib.

“Artıq tətbiq edilmiş sanksiyalar kifayət qədər həlledici olmayıb və Rusiya üçüncü ölkələrin köməyi ilə onlardan yan keçməyi bacarır. Məhz bu səbəbdən Rusiya iqtisadiyyatı ən yaxşı vəziyyətdə olmasa da, indiki şəraitdə hələ də nisbətən yaxşı işləyir”, - Nauseda bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью