Rusiyanın Çernobıla zərbələrindən sonra AES də qəza təhlükəsi yaranıb | Icma.az
Olke.az saytına istinadən Icma.az xəbər verir. Çernobıl Atom Elektrik Stansiyasının (AES) 4-cü enerji blokunun üzərindəki qoruyucu tağ artıq
Ölkə.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Atom Enerjisi üzrə Komissiyasının hesabatında bildirilib.
Komissiya bu ilin fevral ayında dron zərbələri nəticəsində Çernobıl AES-ə dəyən ziyanla bağlı ətraflı hesabat yayımlayıb.
Hesabatda deyilir ki, "Sığınacaq" adlı obyekt zədələnmə səbəbindən əsas təhlükəsizlik funksiyalarını itirib və təcili təmirə ehtiyac duyur.
Söhbət 1986-cı ildə dağılmış reaktordan radioaktiv tullantıların qarşısını almaq üçün tikilmiş nəhəng metal konstruksiyadan gedir.
Yoxlamadan sonra BAEA mütəxəssisləri müəyyən ediblər ki, sığınacaq təhlükəli maddələri tam şəkildə təcrid etmək qabiliyyətini itirib, dayaq elementləri və monitorinq sistemləri isə ciddi ziyan görməyib.
"Damda müvəqqəti təmir işləri aparılıb, lakin vaxtında və hərtərəfli bərpa deqradasiyanın qarşısını almaq və uzunmüddətli nüvə təhlükəsizliyini təmin etmək üçün vacib amil olaraq qalır", - deyə BAEA-nın baş direktoru Rafael Qrossi qeyd edib.
BAEA Ukrayna tərəfini konstruksiyanın sabitləşdirilməsi üzərində işi davam etdirməyə çağırıb.
Tam oxu
Xəbəri oxu