Rusiyanın COP29a qatılacaq nümayəndə heyətinin tərkibi təsdiqlənib

10.11.2024

Sonxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiyanın COP29-a qatılacaq nümayəndə heyətinin tərkibi təsdiqlənib

Rusiya hökumətinin sədri Mixail Mişustin Bakıda keçiriləcək COP29 iqlim konfransında iştirak edəcək Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləyib.

Oxu.Az xəbər verir ki, bu barədə hökumətin rəsmi hüquqi məlumat portalında dərc edilmiş sərəncamda qeyd olunub.

Belə ki, nümayəndə heyətinin rəhbəri Rusiya prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev təyin edilib.

Nümayəndə heyətinin rəhbər müavini Federal Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Xidmətinin başçısı İqor Şumakov təyin edilib.

Xatırladaq ki, daha əvvəl Rusiya Prezident Vladimir Putin Bakıda keçiriləcək COP29 iqlim konfransında Rusiya nümayəndə heyətinə Baş nazir Mişustinin rəhbərlik edəcəyini bildirmişdi.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью