Rusiyanın daha bir neft emalı zavodu vuruldu

11.08.2026

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın Orenburq vilayətinin Orsk şəhərindəki “Orsknefteorqsintez” neft emalı zavoduna PUA hücumu edilib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, zərbələr nəticəsində zavodun ərazisində güclü partlayış və yanğınlar baş verib.

Qeyd edək ki, “Orsknefteorqsintez” Rusiyanın ən böyük neft emalı müəssisələrindən biridir. Zavod illik 6 milyon ton neft emal edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью