Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.
Bizimyol.info xəbər verir ki, bu barədə regional əməliyyat qrupunun Telegram kanalında məlumat verilib.
"İlski Neft Emalı Zavodunda dron hücumu nəticəsində yanğın baş verib. Tələfat yoxdur. Neft çəninə ziyan dəyib. Ümumi yanğın sahəsi təxminən 700 kvadrat metrdir", - deyə açıqlamada bildirilib.
Operativ qrup yanğının söndürülməsində 72 nəfərin və 21 texnikanın iştirak etdiyini və yanğınsöndürmə qatarının hadisə yerində olduğunu bildirib.
17 fevral gecəsi Krasnodar diyarındakı hava hücumundan müdafiə sistemləri kütləvi dron hücumunun qarşısını aldığı barədə məlumat verilib.
Dronların qalıqları Krasnodarın müxtəlif yerlərində, o cümlədən şəhərin futbol klubunun stadionunun yaxınlığında tapılıb. Bundan əlavə, PUA-lar Soçi, Gelendjik, Krımsk və Krasnodar diyarının digər ərazilərinə hücum edib.
Qadir, Bizimyol.info