Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir. ABŞ-ın hazırkı prezidenti Co Bayden Rusiyanın Ukrayna şəhərlərinə və enerji infra
Bizimyol.info xəbər verir ki, ABŞ liderinin bəyanatı Ağ Evin saytında dərc olunub.
Demokrat prezident qeyd edib ki, Rusiya Ukraynaya dəhşətli hava hücumu həyata keçirib.
Prezident vurğulayıb ki, rusların Ukrayna ərazisinə güclü hücumu zorakılıq xarakteri daşıyır və bir daha ukraynalıları Rusiyanın təcavüzündən müdafiəsində dəstəkləməyin aktuallığı və vacibliyi barədə mesaj verəcək.
“Ukrayna hakimiyyəti bildirir ki, Rusiya Ukrayna şəhərlərinə və enerji infrastrukturuna qarşı təxminən 200 raket və pilotsuz uçan aparat atıb, Ukraynanın mülki əhalisini elektrik enerjisindən məhrum edib”, - deyə prezident qeyd edib.
Amerika lideri ukraynalılara açıq mesaj da verib: “ABŞ sizinlədir”.
Onun fikrincə, Rusiya Federasiyası Ukrayna vətəndaşlarının qətiyyətini, möhkəmliyini və cəsarətini qiymətləndirməməkdə davam edir.
“ABŞ Ukraynaya və onun azadlıq uğrunda mübarizəsinə dəstək verən 50-dən çox ölkəyə qoşulur”, - deyə o vurğulayıb.