Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukrayna münaqişəsinin həlli ilə bağlı Londonda keçirilən sammitdə iştirak edən ölkələrin nümayəndələri Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi məsələsində vahid qərar verə bilməyiblər.
Reyting.az xəbər verir ki, bu barədə Polşanın baş naziri Donald Tusk sammitdən sonra jurnalistlərə açıqlamasında deyib.
Baş nazir əlavə edib ki, bəzi ölkələr Rusiyanın aktivlərindən Ukraynaya kömək etmək üçün istifadənin mümkün nəticələrindən ehtiyat edirlər.
E. KAMAL