Rusiyanın Donetskə PUA zərbəsində biri 5 yaşlı uşaq olmaqla 4 nəfər ölüb, yaralananlar var

23.01.2026

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Rusiya ordusunun pilotsuz uçuş aparatları ilə Donetsk vilayətinə hücumu nəticəsində aralarında 5 yaşlı uşaq olmaqla azı dörd nəfər ölüb.

APA xəbər verir ki, bu barədə vilayət prokurorluğu “Facebook” hesabında məlumat yayıb.

Məlumata görə, biri 18 yaşlı olmaqla daha beş nəfər isə xəsarət alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью