Rusiyanın doqquz vilayətinə hücum: Hədəflər məhv edildi

29.01.2025

Teleqraf.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hərbi Hava Qüvvələri gecə saatlarında Rusiya bölgələri üzərində Ukraynanın 104 pilotsuz təyyarəsini vurub.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Ötən gecə növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynanın 104 pilotsuz uçan aparatını məhv edib”, - qurumdan bildirilib.

Kursk vilayətində 47, Bryansk vilayətində 27, Smolensk vilayətində 11, Tver vilayətində 7, Belqorod vilayətində 4, Nijni Novqorod və Kaluqa vilayətlərində 3, Rostov və Leninqrad vilayətlərində 1 PUA məhv edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью