Rusiyanın dövlət qurumlarına kiberhücumlar edirlər

20.06.2025

Icma.az, Operativ MM saytına istinadən bildirir.

Çin hökumətinə bağlı qrupların Rusiya-Ukrayna müharibəsi başlayandan bəri kiberhücumlar vasitəsilə Rusiya şirkətlərini və dövlət qurumlarını getdikcə daha çox hədəf aldığı bildirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Kibertəhlükəsizlik mütəxəssisləri Çinin Rusiyanı kiberməkanda hədəf alması ilə bağlı iddialar səsləndiriblər.

 Qeyd olunub ki, Çin hökuməti ilə əlaqəli qruplar hərbi məlumatlara daxil olmaq üçün Rusiya şirkətlərinə və dövlət qurumlarına kiberhücumlar ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью