Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyanın əfsanəvi teatr aktyoru, Əməkdar artisti Vladimir Ustinov 84 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.
Kulis.az xəbər verir ki, bu barədə aktyorun 1974-cü ildən çalışdığı Ryazan Gənc Tamaşaçılar Teatrı məlumat yayıb.
Yaradıcılıq yoluna Permdə başlayan sənətkar 50 ildən artıq səhnə fəaliyyəti dövründə komediyadan faciəyə qədər geniş diapazonda 80-dən çox yaddaqalan obraz yaradıb.
Həmkarları teatr əfsanəsini təkcə böyük səhnə ustası kimi deyil, həm də hər zaman dəstək olmağa hazır olan həssas və həyatsevər insan kimi xatırlayırlar.
Kris Prat yeni fantastik filmdə baş rola çəkiləcək Azərbaycan kinosunun inkişafına 9 milyon manat ayrılacaq "Yaşıl quşlar didir röyalarımı..." - Yunan Nobel mükafatçısının şeiri