Rusiyanın ən böyük almaz yataqlarının SİYAHISI

18.09.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiyanın əsas almaz yataqları Saxa Respublikasının (Yakutiya) ərazisində yerləşir.
Bizim.Media xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiya Federasiyasının Təbii Sərvətlər və Ekologiya Nazirliyinə istinadən məlumat yayıb.
“Ən böyük almaz yataqları Saxa Respublikasında cəmləşib. Burada üç əsas kimberlit borusu yerləşir”, – deyə nazirlikdən bildirilib.
 

Nazirlikdən qeyd olunub ki, “Mir” borusu almaz ehtiyatlarının həcminə görə ən zəngin yataqdır. Burada 194,1 milyon karat almaz var ki, bu da Rusiyanın mövcud almaz ehtiyatlarının 20,5 faizinə bərabərdir.


Reytinqdə ikinci yeri “Udaçnaya” borusu tutur. Burada ölkənin bütün almaz ehtiyatlarının 19 faizini təşkil edən 179,6 milyon karat almaz yerləşir. İlk üçlüyü 95 milyon karat almaz ehtiyatına malik “Yubileynaya” borusu tamamlayır.
Nazirlikdən bildirildiyi kimi, Yakutiyadan kənarda Rusiyanın ən böyük almaz yatağı Arxangelsk vilayətində yerləşir. Söhbət Mixail Vasilyeviç Lomonosov adına yataqdan gedir. Burada 52,2 milyon karat almaz ehtiyatı cəmləşib.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью