Rusiyanın ən böyük aviaşirkətinin sistemi çökdü

28.07.2025

Axar.az saytına istinadən Icma.az xəbər verir.

“Aeroflot” informasiya sistemlərində yaranan nasazlıq səbəbindən uçuş cədvəlinə mümkün düzəlişlər barədə xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, bu barədə aviaşirkət özünün Teleqram kanalında məlumat yayıb.

“Aviaşirkətin informasiya sistemlərində nasazlıq yaranıb. Xidmətdə fasilələr ola bilər. Bu baxımdan, uçuşların cədvəlində, o cümlədən təxirə salınma və ləğv yolu ilə uçuş cədvəlinə məcburi düzəlişlər gözlənilir”, - məlumatda deyilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью