Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq. Rusiyanın ən qədim klublarından olan "Znamya Truda" müflis elan olunub.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sport Baza" Teleqram kanalı yayıb. Bildirilib ki, iki aydır maaşlarını ala bilmirlər.
İyul ayından isə bonuslar ödənilmir. Klub bəzi futbolçular hətta ötən mövsümdən borclu qalıb.
Komandanın üzvləri artıq Rusiya Futbol İttifaqına (RFU) şikayət ünvanlayıblar.
Mübahisələrin Həlli Palatası kluba borcunu ödəməsi üçün bir həftə vaxt verib.
Əgər bu, 27 yanvar tarixinə qədər edilməsə, klub hər sorğuya görə 100 min rubl cərimə ilə üzləşəcək.
Kluba daha sonra bağlanılacağı ilə bağlı xəbərdarlıq edilib. Oyunçuların artıq dan ayrıldığı, yeni komanda axtardığı bildirilir.
Rəsmi veb sayt işləmir. Rusiyanın ən qədim klubu olan "Znamya Truda" 1909-cu ildə qurulub.