Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyanın Krasnoyarsk şəhərində Torqaşin pilləkəni ayıların hücum təhlükəsi səbəbindən ziyarətçilər üçün bağlanıb.
Moderator.az xəbər verir ki, bu barədə şəhər meriyası "Telegram" kanalında məlumat yayıb.
Rusiyanın ən uzun pilləkəni olan bu tikilinin uzunluğu 1 200 metrdir. O, "Stolbı" qoruğu ilə Torqaşin silsiləsini birləşdirir.
"Torqaşin pilləkəni ərazisində ayıların aktivliyi qeydə alınıb. Təhlükəsizliyiniz naminə xahiş edirik, pilləkənlə yuxarı qalxmayın", - deyə meriyanın məlumatında bildirilib.
Son həftələrdə Sibirdə və Uzaq Şərqdə ayıların insanlara hücumları artıb. Rusiya KİV-in məlumatına görə, ayı hücumları nəticəsində ən çox ölüm Krasnoyarsk diyarında qeydə alınıb: burada yırtıcıların hücumu nəticəsində azı altı nəfər ölüb. Yerli Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinə qarşı səhlənkarlıqla bağlı cinayət işi açılıb.