Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Rusiyalılar Ukraynanın neft emalı zavodlarına güclü hücumlarının qarşısını ala bilmir..." Ukrayna qüvvələrinin fasiləsiz hücumları Rusiya obyektlərinə zərbə vurduqdan sonra bərpa işlərini çətinləşdirir.
Moderator.az xəbər verir ki, bu barədə "Forbes" nəşri yazıb.
Nəşrin yazdığına görə; son bir ay ərzində Ukrayna dronları və raket zərbələri Rusiyanın neft emalı zavodları, yanacaq anbarları və boru kəmərlərinin nasos stansiyalarına ciddi ziyan vurub.
Bunun nəticəsində Rusiyanın ən vacib sənaye sahələrindən biri xaosa sürüklənib və neft məhsullarının istehsalı müvəqqəti olaraq onda bir nisbətində azalıb.
"Bu ay rusiyalılar üçün ən pis dövr ola bilər, çünki Ukraynanın getdikcə daha güclü silahları hücumların sayını artırır.
Çərşənbə axşamı axşam Ukrayna dronları Rusiyanın cənubunda, Saratovda yerləşən "Rosneft'' neft emalı zavoduna zərbə endirmək üçün azı 450 mil (720 km) məsafə qət edib", - məqalədə vurğulanır.
Ukrayna hücumlarından sonra çəkilmiş videolardan birində obyekt üzərində alovların yüksəkliyə qalxdığı görünür.