Rusiyanın ən varlı sənətçisidir, amma borcu var

02.09.2026

Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.

“Ruki Vverx!” qrupunun solisti Sergey Jukov Federal Vergi Xidmətinə borcluların siyahısına daxil edilib.

Axşam.az xəbər verir ki, müğənninin fərdi sahibkar kimi vergi borcu 2 milyon 146 min rubl təşkil edir.

Bununla yanaşı, Jukovun biznes layihələrinin gəlirlərinin yüksək olduğu bildirilir. 2024-cü ilin aprelində təsis edilən “Ruki Vverx” idarəetmə şirkəti bir il ərzində 5,6 milyon rubl gəlir əldə edib. Şirkətin xalis mənfəəti isə 5,5 milyon rubl olub.

Qeyd edək ki, bundan əvvəl Sergey Jukov Rusiyanın ən varlı sənətçisi adlandırılıb. Prodüser Sergey Lavrovun sözlərinə görə, ifaçı hər konsertdən minimum 50 milyon rubl qazanır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью