Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün səhər tezdən Rusiyanın Engels hərbi aerodromunun yaxınlığındakı yanacaq anbarına hücum edilib.
Bizimyol.info xəbər verir ki, Ryazan vilayətindəki Dyagilevo aviabazasına və Tambov vilayətindəki avionika zavoduna da hücum olub.
Saratov vilayətinin qubernatoru Roman Busargin Ukrayna pilotsuz təyyarələrinin reydi nəticəsində Engelsdəki müəyyən “müəssisədə” yanğın faktını təsdiqləsə də, dəqiq nəyin alovlandığını açıqlamayıb.
Bu arada sosial şəbəkələrdə böyük yanğının neft bazasında baş verdiyinə dair getdikcə daha inandırıcı sübutlar peyda olur.
Məsələ burasındadır ki, Engelsdəki neft anbarı da Engelsdə yerləşən strateji bombardmançıların aviabazasını yanacaqla təmin edir.
Ukrayna pilotsuz təyyarələri sonuncu dəfə yanvarın əvvəlində bu neft bazasına hücum etmişdi.
Bazanın bu hücumdan sonra bir neçə gün yandığı bildirilmişdi.