Rusiyanın Ermənistandakı səfiri Kopırkin İrəvanda baş verən yol qəzasında yüngül xəsarətlər alıb

21.02.2025

Icma.az xəbər verir, Dogru.az saytına əsaslanaraq.

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin olduğu avtomobil İrəvanda qəzaya düşüb. Diplomatik nümayəndəliyin rəhbəri və avtomobilin sürücüsü yüngül bədən xəsarətləri alıblar.

Səfirliyin “Telegram” kanalında dərc olunan məlumatda bildirilir ki, qəzaya çətin hava şəraiti səbəb olub. Kopırkinə və avtomobilin sürücüsünə lazımi tibbi yardım göstərilib.

“Onların sağlamlığı üçün heç bir təhlükə yoxdur” deyə nəşr qeyd edir.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью